“Oğlumun başına gətirilən müsibəti anlamıram. Başa düşürəm, yiyəsizlikdir, özbaşınalıqdır. Amma bu qədər yox da.
Ermənistanın Meğri şəhərinin sakini Jora Xaçatryanın dediyinə görə, oğlu Movses anadangəlmə əlildir. Onda “qısa ayaq” sindromu var.
“Oğlumun sol ayağı sağ ayağından 4 sm qısadır. Amma Meğri hərbi komissarlığının çağırış xidmətində oğlumu “hərbi xidmətə tam yararlı, sağlam” saydılar. Dövlət qurumlarına üz tutdum, müraciət etdim, şikayətləndim, heç bir mənası olmadı”, – Jora Xaçatryan söyləyib.
48 yaşlı Liya Baqdasaryan da oğlu Hovanesin hərbi xidmətə çağırıldığını deyib. Halbuki Hovanesin sol gözü çox zəif görür.
“Oğlumun sol gözü faktiki olaraq görmür. Xəstəxanalardan kağızlar, arayışlar verdim, xeyri olmadı”, – L.Baqdasaryan bildirib.
Ermənistandakı hüquq müdafiəçilərinin dediklərinə görə, silahlı qüvvələrə çağırışda səhhətində ciddi problemlər olan gənclər belə, ordu sıralarına cəlb olunurlar.
Ermənistan Müdafiə Nazirliyi bu iddiaları qətiyyətlə təkzib etsə də, mövcud situasiya tam tərsini göstərir.
Ölkənin ən müxtəlif yerlərində səhhətində ciddi problemlər olan, hətta əlil sayıla biləcək gənclərin hərbi xidmətə çağırışı ilə bağlı faktların sayı durmadan artır.//Milli.Az
İctimairey.Az