Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı artdı

0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İctimairey.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, ötən müddət ərzində isə ümumilikdə 4 123 715 test aparılıb.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »