İctimairey.Az Erməni diasporasının və lobbisinin təsiri altında, “soyqırım” ifadəsini işlədən ABŞ Prezidenti Co Baydenə ABŞ-ın törətdiyi soyqırımlar və qırğınları xatırladır.
ABŞ-ın Vyetnam, Koreya, Laos, Kamboca, İraq, Əfqanıstan, Yaponiyanın Xirosima, Naqasaki şəhərlərində və digər yerlərdə törətdiyi kütləvi qətillərə, soyqırımlara nəzər salanda, qondarma deyil, real qırğınlara bir daha şahidlik etmiş oluruq. Vyetnam qətliamı Təkcə ABŞ-ın Vyetnamla müharibəsinin 4 milyona yaxın qurbanı var. 30 aprel 1975-ci ildə Vyetnam müharibəsi sona çatıb. Şimali Vyetnam Cənubi Vyetnamdakı rəqiblərinə deyil, həm də bu müharibəyə qarışan ABŞ üzərində parlaq qələbə qazandı. İkinci Dünya müharibəsindən sonra, Vyetnamın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik edən Ho Şi Min sevinclə elan etdi: “Fransızlar qaçdı, yaponlar təslim oldu, imperator taxtdan qovuldu. Və 2 sentyabr 1945-ci ildə Vyetnam Demokratik Respublikası elan edildi”. ABŞ-la aparılan uzun müddətli müharibə ölkə əhalisinin böyük əksəriyyətinə zərər yetirdi. Müharibə zamanı 3 milyon insan yaralandı, 2 milyon insan məcburi köçkün düşdü, 4 milyona yaxın şəxs həlak oldu. ABŞ bu müharibədə qadağan edilmiş bombalardan istifadə etdi, hansı ki, Vyetnam hələ də onun mənfi fəsadlarını görməkdədir. Müharibə veteranı Bey Kao Amerika tarixçisinə, – “Sizin bombalarınızın, raketlərinizin döyüşçülərimizin əhval -ruhiyyəsindən əvvəl tükənəcəyini bilirdik” – deyərək, əlavə edib ki: “Bəli, biz maddi cəhətdən daha zəif idik, amma döyüş ruhumuz və iradəmiz sizinkindən daha güclü idi. Bizim müharibəmiz ədalətli idi, sizinki yox. Sizin piyadalarınız bunu Amerika xalqı qədər bilirdi. Həqiqətdə isə, siz amerikalılar Şimali Vyetnam əsgərləri və partizanları üçün, başqalarının evinə silahla gələn işğalçı, çağırılmamış qonaqlar idiniz. Əhalinin simpatiyası da ABŞ-ın tərəfində deyildi. Bombardman təşkil edən amerikalıların on minlərlə dinc sakinin öldürüldüyü görən əhali sizə necə rəğbət bəsləyə bilərdi? Qırğını görən gənc vyetnamlılar ormanlara girərək partizanlara qoşuldu. Müharibə Vətən müharibəsinə çevrildi. Amerikalılar, əksinə, nəyə görə döyüşdüklərini və məhv olduqlarını anlamırdılar. Əksər bölmələrdə döyüş ruhu son dərəcə aşağı idi, bu da bəzən əmrlərin yerinə yetirilməməsi ilə nəticələnirdi. ABŞ-da da müharibə əleyhinə hərəkat güclənirdi. 1967-ci ilin oktyabrında yüz minə yaxın insan “Pentaqona qarşı kampaniya” başladı – onlar oğullarının yad ölkədə ölməməsi üçün, Vaşinqtonda toplaşaraq, etiraz etdilər. 1968-ci ilin avqustunda Çikaqoda Demokrat Partiyasının qurultayı iğtişaşlarla müşayiət olundu. Amerikalılar müharibədən yorulmuşdular və vətənlərindən uzaqda ölmək istəməmirdilər.
Kamboca qətlyamı
Kambocanın ABŞ təyyarələri tərəfindən bombalanması 1965 -ci ilin oktyabrından 1973-cü ilin avqustuna qədər ölkənin ərazisindən öz məqsədləri üçün istifadə edən Şimali Vyetnam ordusu ilə mübarizə bəhanəsi ilə həyata keçirildi. ABŞ (1969 -cu ildən) ictimaiyyətdən gizli olaraq Kambocaya qan donduran bombalama həyata keçirdi. Hesablamalara görə, 100 min Kambocalı bombalanmanın qurbanı oldu (500 minə qədər rəqəmlər deyilir), təxminən 2 milyon Kambocalı evsiz qaldı, yüz minlərlə qaçqın Pnomenhə getdi. ABŞ aviasiyası, B-52 bombardmançıları 113 min obyektə 230 mindən çox uçuş etdi, digər məlumatlara görə, B-52 bombardmançıları Cənub-Şərqi Asiyada cəmi 126 615 uçuş həyata keçirib və hücum etdikləri hədəflərin yalnız 12%-i Kambocada baş tutub. Tarixçi Ben Kiernana görə, amerikalılar 500 min ton Kombocaya bomba atıblar, 2,75 milyon ton bomba olduğu təxmin edilir. Bombalar Kamboca kəndlərini, düyü sahələrini, kolları tamamilə məhv edib. Bombardman kəndlilər arasında dəhşət yaşadıb. Bombardmanlar Kambocada siyasi və iqtisadi sabitliyin pozulmasına, kəndli əhalinin radikallaşmasına səbəb olub. Əvvəllər az dəstək görən Qırmızı Kxmer qrupu bundan sonra, böyük populyarlıq qazandı və intiqam çağırışı ilə kəndlilər arasında bombardman nəticəsində baş verən fəlakətləri təbliğindən döyüş ruhu yaratdı. Qırmızı Kxmerlər vətəndaş müharibəsindəki mövqelərini dramatik şəkildə gücləndirdi və bombardmanı dayandırmağın yeganə yolunun amerikapərəst Lon Nolun gücünü devirmək olduğu təbliğatını apardı. 1973-cü ildə son mərhələdə, amerikalılar Qırmızı Pxomerlərin sıx məskunlaşan ərazilərdə “görünməmiş” bombardman basqınları təşkil etdilər ki, bu da kəndliləri qəzəbləndirdi və onları hökumət əleyhinə üsyançıların tərəfinə keçməyə təşviq etdi. Nəticədə ABŞ siyasəti, Qırmızı Kxmerlərin hakimiyyətə gəlməsinə səbəb oldu.