18 yaşlı qız təcavüzə uğradığı üçün polisə getdi, iki gün sonra yenidən…

0

Ankarada yaşayan 18 yaşlı Eda Nur Kaplan 15-ci mərtəbədən atlayaraq intihar edib.

İctimairey.Az xəbər verir ki, gənc qızın ölümünə səbəb iki gün əvvəl naməlum şəxslər tərəfindən təcavüzə məruz qalması olub. Belə ki, Eda təcavüzə uğradığını polisə bildirib. Polis şübhəlilərdən birini həbs edib. Lakin o, sərbəst buraxılıb. Digərinin axtarış işləri isə davam etdirilib.

Dəhşətlisi budur ki, həmin şəxslər Eda Kaplanın qarşısına çıxaraq, onları şikayət etdiyinə görə, qıza cinsi zorakılıq göstəriblər. Bundan sonra Eda anasına mesaj yazaraq, olanlara dözə bilməyəcəyini bildirib. Və bunun çıxış yolunu özünü binadan atmaqda görüb.

18 yaşlı Eda aldığı bədən xəsarətlərindən yerindəcə keçinib. Qızın cəsədi isə tibbi ekspertizaya göndərilib.

Edanın anasına yazdığı mesaj isə sosial şəbəkələrdə gündəmə səbəb olub. Gənc qızın istismara məruz qalması və lazimi şəkildə qorunmaması insanların qəzəbinə səbəb olub. Ankara şəhər Polis İdarəsi məsələ il bağlı cinayət işi açıb. Araşdırmalar davam etdirilir. /Unikal.org

 

İctimairey.Az

18 yaşlı qız təcavüzə uğradığı üçün polisə getdi, iki gün sonra yenidən...18 yaşlı qız təcavüzə uğradığı üçün polisə getdi, iki gün sonra yenidən...18 yaşlı qız təcavüzə uğradığı üçün polisə getdi, iki gün sonra yenidən...

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »