Gürcüstanda növbəti dəfə zəlzələ olub

Gürcüstanın şərqində, azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli regionunda növbəti zəlzələ olub.

İctimairey.Az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 03.36 radələrində baş veən 3,9 bal gücündə zəlzələnin ocağı Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında 11 km dərinlikdə yerləşib.

Bu, son sutka ərzində Gürcüstanda baş verən üçüncü zəlzələdir. Bundan əvvəl 6 avqust saat 19.25 radələrində bu zonada, Semeba kəndində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin gün saat 12.55 radələrində isə Tbilisidən 24 km uzaqlıqda yeraltı təkan olub.

İctimairey.Az

Comments are closed.

Tərcümə »