Bu gün Belarus Fövqəladə Hallar Nazirliyinin “Mi-26” helikopteri meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün Türkiyəyə yollanıb.
Bu barədə BELTA məlumat yayıb.
Qeyd olunur ki, helikopterin göyərtəsində böyük yanğınların söndürülməsi sahəsində təcrübəsi olan 11 mütəxəssis var.
Artıq sabahdan etibarən “Mi-26” helikopteri meşə yanğınları ilə mübarizəyə cəlb olunacaq.
Bundan əvvəl isə Belarus Türkiyəyə iki ədəd “Mi-8” helikopteri göndərmişdi və onlar bu gün də meşə sahələrində baş verən yanğınların söndürülməsi ilə məşğul olmağa davam edirlər.
Məlumat üçün qeyd edək ki, “Mi-26” helikopteri həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir.
İctimairəy.Az