Bu gün Zaqatalada baş verən və iki nəfərin həyatını itirdiyi qəzanın sürücüsünün “avtoş”luq etdiyi video görüntü sosial şəbəkələrdə yayılıb.
İctimairey.Az avtosfer.az-a istinadən bildirir ki, yolun əks istiqamətinə çıxaraq “KamAZ”la toqquşan sürücü avtomobilindəkilərdən birinin ölməsinə, digərlərinin isə yaralanmasına səbəb olub. Niyə?… Sürücünün “avtoş” videolarına baxanda sualın cavabını asanlıqla tapmaq mümkündür. Lovğalıq, gövdə göstərişi, cahillik və daha deyilməyəsi bir çox yaraşdırmalar. Bunların hamısını “avtoş”luq edənlərə aid etmək mümkündür. “Avtoş” olmayan heç kim onların məqsədələrini, etdikləri bu əməldən hansı zövqü aldıqlarını anlamır. Amma açıq aşkar olan bir şey var ki, o da bu ” avtoş”lar nəinki öz canlarını düşünmür, salonundakıları, yoldakıları da təhlükəyə atmaqdan çəkinmirlər. Bu beyində olanlar nə qəzalardan dərs çıxarır, nə də bu yolda məhf olan həyatlardan. Məhz bu səbəbdən yol polisi hər zaman “avtoş”lara qarşı sərt tədbirlər görür. Nə avtomobilin önünün qaldıranın, nə də iki təkər qaldırıb ziq-zaq gedənin gözünün yaşına baxmadan cərimələyir ki, bəlkə dərs alıb cahilliyə son qoyalar.
İctij
İctimairey.Az