“Dünəndən etibarən bəzi saytlarda mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Təəssüf hissi ilə qeyd edirəm ki,1 illik deputatlıq fəaliyyətimdə demək olar muraciət edən bütün Kütləvi İnformasiya Vasitələri ilə açıq formada işləyirəm. O baxımdan ən azından həmin saytlar mənimlə əlaqə saxlayıb mövqe öyrənə və məlumatları dəqiqləşdirə bilərdi. Çunki həmin məqalədə yer alan məlumatların əksəriyyəti təhrif olunmuş formadadir”.
İctimairəy.Az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov onunla bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. V.İskəndərov əlavə edib ki, hazırda Milli Məclis məzuniyyətə buraxılsa da, o, iş başındadır:
“Peşəkar jurnalistikadan söhbət gedirsə, düşünürəm ki, həmin saytlar da mənimlə əlaqə saxlamalı idi. Görünür, ortada müəyyən qərəz var. İstərdik ki, ölkənin taleyüklü məsələlərə mövqe bildirək, nəinki belə həqiqətə uygun olmayan fikirlərə. Bütün jurnalistlərə dərin hörmətimi bildirərək hər biri ilə konstruktiv əməkdaslığa və açıq müzakirələrə hazır olduğumu qeyd edirəm”.//Cebhe.info
İctimairəy.Az