ABŞ-ın Alyaska ştatında qəzaya uğrayan ekskursiya təyyarəsinin göyərtəsindəki altı nəfərin hamısı ölüb.
İctimairəy.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yerli “Alaska Public Media” ştatın sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.
Məlum olub ki, qəza nəticəsində təyyarə Ketçikan şəhərindən 12 kilometr məsafədə yerləşən “Dumanlı fyordlar” milli qoruğunun ərazisində batıb. Dalğıc-xilasedicilər təyyarədə olanlardan heç birinin – beş sərnişin və pilotun sağ qalmadığını bildirib.
ABŞ-ın Alyaska ştatının sahil mühafizəsi göyərtəsində 6 nəfər olan ekskursiya təyyarəsinin axtarışlarını aparır.
Bu barədə “Alaska Public Media” yazıb.
Bildirilir ki, yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə saat 23:20) təyyarədən həyəcan siqnalı daxil olub. Sahil mühafizəsindən qeyd edilib ki, “Havilland Beaver” təyyarəsinin axtarışı pis hava şəraiti səbəbindən çətinləşib və xilasetmə helikopteri lazımi yüksəkliyə qalxa bilmir.
Siqnalın mənbəyini tapmaq üçün polis və meşə təsərrüfatı işçilərindən ibarət xüsusi qrup yaradılıb.
İctimairəy.Az