Türkiyədə oğlan 21 yaşlı gənc qızı zorlayıb.
İctimairəy.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində hüquq fakültəsinə qəbul olmağı arzulayan 21 yaşlı qadın sosial mediada bir oğlanla tanış olub.
Həmin şəxs qıza əvvəlcə yalan vədlər verib və qadını evə çağırıb. Hətta qadına kömək edəcəyini və ona istədiyi fakültəyə qəbul olmağa kömək edəcəyini bildirib.
Evə gələn gənc qız əvvəlcə oğlan tərəfindən işgəncəyə sonra isə təcavüzə məruz qalıb. Bundan əlavə, gənc qızın çılpaq fotoları sosial şəbəkələrdə paylaşılıb.
Evdən cəld qaçmağı bacaran gənc qız polisə müraciət edib və şikayətçi olub.
O bildirib: “4 dəfə təcavüzə məruz qaldım, boğazım kəsildi, döyüldüm və nəhayət canımı qurtara bildim.”
Qeyd edək ki, şübhəli şəxs tutulsa da, əməllərini etiraf etməyib və bunların böhtan olduğunu bildirib.
İctimairəy.az