Qarabağın qondarma “prezidenti” bununla da kifayətlənməyib, xilaskarları gözləməməyi məsləhət görüb və böyük investisiya proqramları təqdim edib.
İctimairey.Az Sputnikə istinad edərək, “Qarabağda rus sülhməramlılarının olması müvəqqəti deyil, daimi olmalıdır. Bunu Dağlıq Qarabağ “ prezidenti” Arayikin “Martakert” sakinləri ilə görüşündə dediyini bildirir. “Bölgə elədir ki, biz təkbaşına təhlükəsizlik və əmin -amanlıq təmin edə bilmərik. Rusiya qoşunlarının iştirakı müvəqqəti deyil, daimi olmalıdır. Rus qoşunları bölgəyə girməsəydi, taleyimiz başqa cür olardı”, – Arutyunyan deyib.
Arayik həm müharibə dövründə, həm də müharibədən sonra fəal şəkildə müzakirə olunan xəyanət mövzusuna da toxunub və səsləndirilən ittihamları və şərhləri axmaqlıq adlandırıb. Harutyunyan, “heç bir xəyanət və xəyanətkardan söhbət gedə bilməyəcəyini, yalnız geniş imkanlara malik olmadığımız halda dünya ilə döyüşmüşük” – deyə iddia edib. “Dağlıq Qarabağda yeni quşçuluq fabriki tikiləcək. Kiminsə bizi xilas edəcəyinə ümid etməyin. Biz burada yaşamaqla özümüzü xilas edəcəyik”, – deyə Arayik vurğulayıb. Harutyunyan 25 milyon dollar dəyərində böyük bir investisiya layihəsindən – su eləektrik stansiyasından da söz açıb. Prezidentin dediyinə görə, bu layihənin həyati əhəmiyyəti var, çünki öz elektrik enerjimizi istehsal etməliyik. 45 milyon dollar dəyərində Sərsəng-Matağıs su elektrik stansiyasının tikintisi də gözlənilir.
Esmira ŞÜKÜROVA
İctimairey.Az