Tehranda İran parlamenti binasında yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilir.
İctimairəy.az APA-ya istinadən xəbər verir ki,andiçmə mərasimində İran parlamenti üzvlərilə yanaşı 73 ölkədən 115 nümayəndələr də iştirak edirlər.
Avqust ayının 3-də təşkil olunmuş mərasimdə İranın Ali lideri Əli Xamenei prezident Rəisini yeni vəzifəsində rəsmən təsdiqləyib.
Qeyd edək ki, Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
İctimairəy.Az