SİRRLƏR AÇILDI: Dənizdə sevgilisi ilə istirahət edən deputata polisdən belə bir ATMACA – Döyülmə olayının ŞOK SƏBƏBLƏRİ

0

Xəbər verdiyimiz kimi, iyulun 28-dən 29-na keçən gecə Xaçmazdakı “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov polis əməkdaşına qarşı zor tətbiq edib.

İctimairey.Az guninfo.az -a istinadən xəbər verir ki, daxil olan məlumatda insidentlə bağlı bəzi detallar məlum olub.

İddiaya görə, Eldəniz Səlimov təxminən bir ay əvvəl Xaçmazdakı “Starıy Dvor” restoranında əcnəbi (türkmən olduğu da deyilir – red.) sevgilisi ilə dincələrkən polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev də mülki geyimdə ora gəlib və E. Səlimovun sevgilisinə baxaraq, atmacalı ifadələr işlədib. Bundan sonra Səlimov və polis əməkdaşı arasında gərginlik yaranıb. Mübahisə zamanı orada olan digər şəxslər Z. Mirzəyevi restorandan uzaqlaşdırıb. Daha sonra deputat polisə zəng edib və ona təhqiredici ifadələr işlədib.

Qeyd edək ki, sözügedən xəbər yayıldıqdan sonra polis əməkdaşının E.Səlimovun danışığını telefonunun yaddaşına yazdığı və bunu ifadəsi zamanı DİN-in istintaq qrupuna təhvil verdiyi bildirilmişdi. Lakin səs yazısı barədə heç bir məlumat yox idi.

Bu gün də Milli Məclisin iclasında spiker Sahibə Qafarova Tahir Kərimlini səs yazısını dinləməyə dəvət edib.

Spikerin bu sözləri də təsdiqləyir ki, E.Səlimov hətta xanım sədrin dinləməyi mədəniyyətinə sığışdırmadığı ifadələrdən istifadə edib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »