Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə İctimairəy.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bildiririk ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda qeyd olunub.
İctimairəy.az