ABŞ-ın Harvard və Massaçusets Texnoloji Universiteti alimləri 100 yaşdan yuxarı ömür sürən insanlarla bağlı araşdırma aparıblar.
Tədqiqatın nəticələri “Nature” elmi jurnalında dərc edilib.
Araşdırma nəticəsində müəyyən olunub ki, uzunömürlü insanların orqanizmi unikal mikrobiuma və bağırsaq mikroflorasına sahibdir. Məhz bu, onları bakterial infeksiyalardan, dərman vasitələrinə qarşı güclü müqavimətə malik viruslardan qoruyur və daha çox yaşamasına şərait yaradır.
Qeyd edilib ki, tədqiqat orta yaşı 107 olan 160 nəfər yaponiyalı üzərində aparılıb. Oxu.Az
İctimairey.Az