Qırğızıstanın birinci Prezidenti Askar Akayev saxlanılaraq Bişkekə gətirilib və istintaqa cəlb olunub.
“Sputnik” Qırğızıstan bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda Ə.Akayev Milli Təhlükəsizlik Komitəsinin binasındadır. O, “Kumtor” qızıl yatağı ilə əlaqədar açılmış cinayət işinə görə dindirilir.
Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.
İctimairəy.Az