Bakı-Naxçıvan təyyarəsi Zəngəzur üzərində – 28 il SONRA

0

Bu gün Bakıdan uçan təyyarə Naxçıvana Zəngəzur üzərindən keçərək eniş edib. 

İctimairey.Az xəbər verir ki, bunu “flightradar24” qeydə alıb.

Bakıdan öz ərazilərimizlə birbaşa Naxçıvana uçan “Airbus A320-214” sərnişin təyyarəsi sosial şəbəkələrdə marağa səbəb olub. Sözügedən hadisə sosial şəbəkənin erməni seqmentində də geniş yayılaraq etirazla qarşılanıb.

Qeyd edək ki, birinci Qarabağ müharibəsinə qədər Azərbaycandan Naxçıvana uçan təyyarələr Sevan gölü ( Zəngəzur ) üzərindən hərəkət edirdi. Müharibədən sonra isə həmin marşrut yerini dəyişmişdi.

Görünür, Azərbaycanın ikinci Vətən savaşındakı parlaq qələbəsi əvvəlki reallığı geri qaytarıb. ///manset.az

İctimairey.Az

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »