Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edilir ki, ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.
Ölkənin səhiyyə naziri Fahreddin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında həlak olanların sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı 507 nəfər zərər çəkib, onlardan 497-nin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.
İctimairəy.Az