Tokio Olimpiadasında Covid-19 tutulanların sayı 241-ə çatdı

0

 Yaponiyada keçirilən 2021 Tokio Olimpiadasına akkreditə olunmuş insanlar arasında yeni növ koronavirus (Covid-19) tutulanların sayı 241-ə yüksəldi.

İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Təşkilat Komitəsi ölkəyə yeni gələn 21 insanda Covid-19 aşkarlandığını açıqlayıb. Son 24 saat ərzində virusa yoluxmuş 21 nəfər arasında turnir çərçivəsində xidmət göstərən 14 müqavilə işçisi və 7 rəsmi vəzifəli şəxs var. Virus daşıyanlar karantin müddətinə alınıb. Son bir gündə yarışlarda iştirak edən idmançılar arasında Covid-19- yoluxan aşkarlanmayıb.

Esmira ŞÜKÜROVA

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »