Prezidentin nəvəsinin toyunda ancaq ailə üzvləri və yaxınları iştirak etdi

0
Prezident Aleksandr Lukaşenko böyük qız nəvəsinin toyunda iştirak edib.

Toyda 70 nəfər qonaq, ancaq  ailə üzvləri və yaxınlar iştirak edib.

İctimairəy.az xəbər verir ki, bu barədə Telegram məlumat yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun  böyük oğlu Viktorun 23 yaşlı qızı Viktoriyanın toyu olub. Toyda iştirak edən baba prezident Lukaşenko  nəvəsi Viktoriyanı və nişanlısını təbrik edib.  “Öz tarixinizi yazın…” Lukaşenko qeyd edib.  Lukaşenkonun nəvəsinin nişanlısı haqqında hər hansı bilgi yoxdur. Viktoriya  ixtisasca  iqtisadçıdır. O, bir sıra Belarus və Rus filmlərində çəkilib. Lukaşenkonun böyük oğlu Viktor hazırda Belarus Milli Olimpiya Komitəsi prezidenti  vəzifəsini tutur.

Ümumiyyətlə Lukaşenkonun 7 nəvəsi var. Onlardan 4-ü oğlan, 3-ü isə qızdır.

İctimairəy.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »