Fransız jurnalistlər ermənilərin Qarabağda törətdikləri vandalizm aktlarından dəhşətə gəliblər

0

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alain Roumestand və fransız fotoqraf Gregory Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

İctimairey.Az xəbər verir ki,  Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin şahidi olublar. Fransız qonaqlar müxtəlif KİV-ə müsahibələrində mövcud vəziyyətdən çox təsirləndiklərini bildiriblər. Bakı şəhərindəki Azərbaycan–Fransız Universitetini (UFAZ), erməni kilsəsini və “Qobu-Park 3” yaşayış kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” mərkəzini ziyarət edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını, Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »