Xalq artisti Flora Kərimova Azərbaycanın tarixinə düşüb.
İctimairəy.az xəbər verir ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Flora Kərimova ilk xalq artisti alan qadın kimi tarixə düşmüşdü. Sevimli sənətkar bu gün yenə ölkə tarixinə düşüb.
Belə ki, müstəqillik tarixində bir gündə ölkə başçısı tərəfindən iki sərəncamın verildiyi yeganə qadın sənətçidir.
Qeyd edək ki, Flora Kərimova bu gün Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Sənətkara bu gün həm də prezident təqaüdü verilib.
Bildirək ki, bir neçə il öncə tanınmış kinorejissor və ssenarist Ramiz Fətəliyev də bir gündə həm Xalq artisti, həm də “Şöhrət” ordeni ilə təltif edilmişdi.
İctimairəy.az