ABŞ Nümayəndələr Palatasının üzvü Ketrin Klark Azərbaycanın silahlı qüvvələri qoşunlarını Ermənistandan dərhal çıxarmağa çağırıb.
İctimairey.az Armenpress -in xəbər verdiyinə əsasən, bu barədə o, öz Twitter səhifəsində yazdığını bildirir. “Azərbaycan Silahlı Qüvvələri dərhal Ermənistan ərazisini tərk etməli və çoxlu sayda insanın həyatına son qoyan zorakılığı dayandırmalıdır”, – Ketrin Klark bildirib. O, qürurla qeyd edib ki, konqresmen Frank Pallonenin ABŞ -ın Azərbaycana hərbi yardımını məhdudlaşdıran qanun layihəsinin lehinə səs verib. Həm Demokratların, həm də Respublikaçıların qatıldığı sənəddə, gələn il Azərbaycanın Beynəlxalq Hərbi Təhsil və Hazırlıq, Xarici Müdafiə Maliyyələşdirmə proqramları çərçivəsində maliyyə ala bilməyəcəyi bildirilir. Bu iki sənədə əsasən keçən il Azərbaycan Vaşinqtondan 1 milyon 600 min dollar alıb.
Esmira ŞÜKÜROVA
İctimairey.Az