ABŞ prezidenti Coo Baydenin federal hökumətə bağlı bütün məmurlar üçün Covid-19 peyvəndini məcburi hala gətirməyə hazırlaşdığı bildirib.
İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki, peyvənd olunmayan məmurların işgüzar səfərlərində də məhdudiyyətlər qoyulacaq. ABŞ prezidenti Coo Baydenin federal hökumətlə bağlı bütün məmurlar üçün Covid-19 peyvəndinin məcburi halda vurulmasını bəyan edib. ABŞ mətbuatında yayılan xəbərlərə görə, peyvənd olunmayan zabitlər üçün mütəmadi testlər, sosial uzaqlaşma və maska taxmaq məcburi olacaq. Peyvənd olunmayan məmurların işgüzar səfərlərinə də məhdudiyyətlər qoyulacaq. Qeyd edək ki, ABŞ federal hökumətində təxminən iki milyon məmur var. İctimairey.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Nyu York Valisi Andrev Cuomo bildirib ki, bu həftə əyalət rəsmiləri peyvənd sertifikatını və ya hər həftə PCR testindən keçməli olduğunu təsdiq edən sənəd təqdim etməlidir. Əks halda işlərinə davam etmələrinə son qoyulacaq Baydenin “Vəzifələrini davam etdirmək üçün əyalət xəstəxanalarında tibb işçilərinin də aşılanmalı olduğunu bildirib.
Esmira ŞÜKÜROVA
İctimairey.az