Britaniya XİN britaniyalıları Ermənistan və Azərbaycan sərhədinə beş kilometrdən artıq yaxınlaşmağı məsləhət görmür

0

Böyük Britaniyanın Xarici İşlər, Əməkdaşlıq və İnkişaf Nazirliyi (FCDO) britaniyalıları Ermənistan və Azərbaycan sərhədinə beş kilometrdən artıq yaxınlaşmağı, eləcə də İcevan və Noyemberyan şəhərləri arasında M16/H26 magistralı ilə hərəkət etməyi məsləhət görmür.

İctimairey.Az xəbər verir ki, bu barədə Nazirliyin saytında yazılıb. Tövsiyələrdə qeyd olunur ki, son 12 ayda sərhəddə çoxlu sayda hərbi toqquşma halları baş verib, bunlar bir neçə qurbana və yaralıya gətirib çıxarıb. “Sərhədə 5 km-dən artıq yaxınlaşmamağı məsləhət görürük. Xüsusən döyüş mövqeləri yaxınlığında, kəndlərdə və M16/H26 yolu ilə şərqdəki yol arasında birləşdirici yollarda diqqətli olun”, – deyə Böyük Britaniya XİN bildirib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »