Türkiyənin paytaxtı Ankaranın Çankaya məhəlləsinin Maltepe rayonunda bir otelin damında yanğın başlayıb.
İctimairəy.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qazi Mustafa Kamal Bulvarında bir otelin damından alovlar qalxmağa başlayıb.
Çox sayda yanğınsöndürən yanğına müdaxilə edərkən, polis ətraf ərazidə təhlükəsizlik tədbirləri görüb.
Bu vaxt otelin 7 -ci mərtəbəsində sıxışan Bilal Duran, yanğınsöndürənlər tərəfindən uzadılmış nərdivanla xilas edilib. Təcili yardım maşını ilə xəstəxanaya köçürülən Duranın vəziyyətinin yaxşı olduğu öyrənilib.
Yanğın səbəbiylə Qazi Mustafa Kamal Bulvarı trafikə bağlanarkən, xilasetmə qruplarının müdaxiləsi davam edir.
İctimairəy.az