Məşhur Əfqanıstan komediyaçısı Nazar Mohammad Taliban tərəfindən qaçırıldıqdan sonra, boğazından kəsilərək öldürülüb.
İnsanları güldürməyin “haram” olduğu səbəbilə Taliban tərəfindən öldürülən Məhəmmədin videosunda komediya ustasının bir neçə nəfər Taliban üzvləri tərəfindən avtomobilə çırpıldığı anlar yer alıb. ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra, Taliban qüvvələri ölkədəki təsir gücünü artırıb və xalqa edilən təzyiqləri günü -gündən artırıb. Hasha adlı Nazar Mohammadın videosunda taliblər tərəfindən oğurlanması, sillə vurularaq təhqir edilməsi və edam edildikdən sonrakı görüntüləri sosial mediada gündəmə düşüb. İranın Beynəlxalq müxbiri Tajuden Soruşun paylaşdığı videoda, silahlı bir Taliban üzvünün Xaşaya dəfələrlə sillə vurduğu görünür. Soroush yazır: “Bu video, Kandahari komediya ustası Mohammedin Taliban tərəfindən yaxalanaraq maşına otuzdurulması və sonra öldürülməsi anını göstərir.” Ağaca bağlanaraq boğazı kəsilən komediya aktyoru dəhşətli vəziyyətdə tapılıb.
İctimairey.Az