Vikipediya sosial medianın gündəmindədir

0

Vikipedia-nın qurucularından Larry Sanger, Vikipediyanın həmişə etibarlı olmadığını bildirdi.

İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Vikipediya səhifələrində bir çox fərqli nöqteyi-nəzərdən olan fikirləri özündə cəmləşdirən açıq bir ensiklopediyanı hədəflədiklərini və son beş ildə səhifələrin əsasən bir tərəfli fikirlərlə doldurulduğunu söylədi. Joe Biden başlığına toxunan Sanger, Vikipediyadakı bəzi məlumatların qərəzli və etibarsız olduğunu ifadə edərək, Joe Biden səhifəsinin yalnız Demokratlar nöqteyi-nəzərindən yazıldığını və Respublikaçıların fikirlərini daxil etmədiyini söylədi. Pullu yazıçı və redaktorlarla razılaşaraq səhifələrdə manipulyasiya etdiyini dedi.

Eynilə, Xristianlıq, narkotik ticarətinin liberallaşdırılması və böyük sosial cəmiyyətləri narahat edən mövzularda da birtərəfli məlumatlar olduğunu və akademik olmadığını ifadə etdi. Sanger, açıqlamasında Vikipediya redaktorlarının birləşdirildiyini, redaktorların mənfəət məqsədi ilə yaradıldığını və anonim müəlliflik səbəbi ilə onları aşkarlamaq mümkün olmadığını və Vikipediyada hakim olmaq istədiklərini iddia etdi. Qərəzsiz məlumatların yalnız jurnalistikanı, istinad məzmununu və çap nəşrlərini qarışdırmaqla əldə edilə biləcəyinə işarə edərək, bunun bugünkü şəraitdə mümkün olmadığını ifadə edərək, yalnız inandıqları dinin, partiyanın və ya şəxsin fikirlərini eşitmək istəyənlərin insanlıqdan çıxdığını söylədi.

İbrahim Nəcəfov

İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »