Tərtərdə qəbiristanlıqda OĞURLUQ

0

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Ələsgərli kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan İctimairey.Az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »