Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yaydı

0

İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könül Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan İctimairey.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könül Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir. İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »