Mikayıl Cabbarova təyyarədə “Qarabağ” forması təqdim olundu – FOTO

0

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov “Qarabağ”ın İsrailin Aşdod şəhərində Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçirdiyi görüşü izləyib.

Oxu.Az xəbər verir ki, təyyarədə olarkən nazirə klub tərəfindən forma təqdim olunub.

Orxan Məmmədov oyundan sonra paylaşım edib:

“Qarabağ” FK-nın ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxması münasibəti ilə təbrik edirəm!”

Qeyd edək ki, Mikayıl Cabbarov İsraildə rəhbəri olduğu “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə İsrailin “OurCrowd” şirkəti arasında Anlaşma Memorandumu imzalayıb. Həmçinin bu şəxslər Təl-Əvivdə Azərbaycan Respublikasının Ticarət və Turizm Nümayəndəliklərinin açılışında iştirak ediblər.                                                                                                                             İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »