Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqutun toyu olub.
O, atasının həmkəndlisi, silahdaşı Mirhadı bəyin qızı Aytək xanımla ailə qurub.
İctimairəy.az “Sherg.az”a istinadən xəbər verir ki, iyulun 30-da onların oğlan toyu baş tutub.
Toyun dəvətliləri sosial şəbəkələrdə fotolar paylaşıblar. Araşdırmaçı-jurnalist Cavid İsmayıl Ərturqut və xanımı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bəy oğlu Bəy… Atamın 35 illik dostu Elçibəyin oğlu Ərturqut Əliyev evlənir”.
Qeyd edək ki, iyulun 22-də Kələkidə cütlüyün qız toyu keçirilib.
İctimairəy.az