“50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik” – Etibar Mirzəyev

0

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola düşüb.

İctimairəy.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, iki yanğınsöndürən helikopterimiz hazırdır:

“Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq. Bundan başqa, əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik”.

İctimairəy.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »