9Son zamanlar “patı” adlandırılan narkotik vasitənin Azərbaycanda geniş yayılması bir sıra arzuolunmaz hadisələrə yol açıb. Hüquq-mühafizə orqanları bu təhlükəli sintetik narkotik vasitəni satanlarla bağlı ciddi tədbirlər görsələr də, hələ də “patı” ciddi fəsadlar törədir.
Maraqlıdır ki, bu günlərdə sözügedən narkotikanın ermənilərin yaşadıqları Xankəndindəki xüsusi laboratoriyalarda hazırlandıqdan sonra İran vasitəsilə Azərbayacana keçirildiyi haqda fərziyyələr də yayıldı. Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyevin Almaniyadakı etibarlı mənbələrə əsaslanaraq yaydığı bu informasiyaya diqqət artmaqdadır. Artıq Türkiyə media orqanları da hadisənin təfərrüatlarını araşdırırlar.
Türkiyənin tanınmış media orqanı olan “Yeni Akit” qəzeti məsələni ölkə gündəminə daşıyıb. Nəşrin “Ermənilər Azərbaycan gənclərini zəhərləyir” başlığı ilə xəbəri manşetə çıxarması qardaş ölkənin məsələyə biganə qalmadığını göstərir. Yazıda diaspor araşdırmaçısı-ekspert Elnur Eltürkün fikirləri də yer ayıb. Ekspert “Yeni Akıt”a Xankəndinin terror yuvası olduğunu bildirib.Yenisabah.Az İctimairey.Az