Rusiyada metroda qadınlar üçün vaqonlar ayrılmalıdır. Bu tədbir qadınların ictimai nəqliyyatda təcavüzlərdən qorumağa kömək edəcək.
“Vechernyaya Moskva”nın məlumatına görə, Leninqrad vilayəti İctimai Palata sədrinin birinci müavini Vladimir Petrov Rusiyanın nəqliyyat naziri Vitali Savelyevə bununla bağlı məktub ünvanlayıb.
İctimairey.Az oxu.az-a istinadən xəbər verir ki, siyasətçi bildirib ki, ictimai nəqliyyatın “ümumi” və “qadın”lar üçün bölünməsi praktikası artıq dünyada geniş yayılıb. Onun sözlərinə görə, belə bir tədbiri qəbul etmiş ölkələrdə qadınlar cinsi hücum və ya təcavüz riski barədə narahat olmadan təhlükəsiz səyahət edə biləcəkləri xüsusi vaqonlardan istifadə edə bilirlər.
“Hamilə qadınlar və ya azyaşlı uşaqları olan qadınlar da belə ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən məmnundurlar. Buna görə də Rusiyada metroda, tramvaylarda və digər ictimai nəqliyyat növlərində xüsusi qadın vaqonlarının işə salınması üçün bir sınaq təcrübəsini qiymətləndirməyinizi xahiş edirəm”, – deyə sənəddə bildirilib.
Qeyd edək ki, Rusiyada qadınlar üçün xüsusi vaqonları ilə bağlı təklif 2015-ci ildə Federasiya Şurasında edilmişdi, lakin təşəbbüs həyata keçirilməyib.
İctimairey.Az