Mərkəz rəhbəri imtahana düşən sualların çətinləşdirilməsi məsələsinə aydınlıq gətirdi

0

Müəllim olmaq istəyən namizədlərin bildirdiyinə görə, suallar çətinləşdirilib. Burada məsələ çətinləşdirmə ilə bağlı deyil, əsas məqam müəllimlərin dünya standartlarına yaxınlaşmasıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib.

Onun sözlərinə görə, beş il əvvəl bu nəticəni əldə etmək mümkün deyildi:

“Təhsillə bağlı illərlə aparılan təhlillər əsasında məktəbə hansı müəllimlərin lazım olması qənaətinə gəlinir. Analoji hadisə 5 il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da yaşanmışdı. Şagirdlər kurikulum əsasında verilən imtahanlarda çətinliklə üzləşmişdilər”.

O qeyd edib ki, test tapşırıqlarında sualların qərəzli və ya proqrama uyğun olmasının araşdırılması üçün mütəxəssislər cəlb olunub:

“Təqdim olunan suallar proqrama uyğundur”.

İctimairey.Az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »