Məhəmməd Abdullayev Tokio Olimpiadasında mübarizəni dayandırıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Tokio Olimpiadasında mübarizəni dayandırıb.

İctimairey.Az Trend-ə istinadən bildirir ki, təmsilçimiz ikinci döyüşündə özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov ilə qarşılaşıb. Döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb.

Daha əvvəl bokçularımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) da Olimpiadaya erkən vida ediblər.

İctimairey.Az

Comments are closed.

Tərcümə »