İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi olub.
İctimairey.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.
“Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür” – deyə, səfirlik qeyd edib.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.
İctimairey.Az