Azərbaycan tərəfi bir daha Ermənistanı sülhə səslədi. Ermənistan tərəfi isə təxribatlar törətməyə hələ də davam edir. Kreml bunun yaxşı fərqindədir. Və bu konfliktdən özünə sərf edən şəkildə istifadə etməyə çalışır və çalışacaq da. Sərhədə rus əsgərlərinin yerləşdirilməsi məsələsi yenə aktuallaşıb. Rusiya əvvəl deyirdi ki, belə bir fikrimiz yoxdur. Ancaq indi deyir ki, bu barədə hər iki tərəflə danışıqlar gedir. Ermənistan məcbur olacaq anlaşma əldə edilməsinə. Ya sülh ilə ya da güc ilə. Razılıq əldə edildikdən sonra sərhədlərin delimitasiyası sürətlənəcək.
Ermənistan tərəfi çalışacaq ki, delimitasiya prosesi Sovetin yaranması dövrü deyil də, SSRİ-nin süqutu ərəfələrindəki(1990) xəritələrə əsasən aparılsın. Çünki ilk vaxtlar Ermənistan İrəvən və ətrafındakı bəzi ərazilərdən ibarət idi. Sonradan işğalçılıq meyillərinə, torpaq iddiasına düşdü.
Bununla yanaşı Ermənistan digər qüvvələrə də müraciət edir.Paşinyan sərhədə KTMT missiyasının yerləşdirilməsini də təklif edir. Zənn etmirəm ki, əlavə qüvvələr yer alsın bölgədə. Bu konfliktin daha da dərinləşməsinə səbəb ola bilər. Xülasə, proseslər Azərbaycanın leyhinə gedəcək. Bunun qarşılığında bəzi şeylərə göz yummaq lazım olacaq.
Elman Vəliyev-siyasi şərhçi