“Bu, dövlətçiliyimizn itirilməsi ilə nəticələnə bilər. Həqiqətən də vəziyyət təhlükəli həddədir”.
Milli.Az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Atom Mxitaryan erməni ali məktəblərinə qəbulda yaşanan problemi şərh edərkən bildirib. Onun sözlərinə görə, abituriyentlər imtahanlarda ən aşağı ballar toplayıb.
Bundan əvvəl Ermənistan Elm və Təhsil Nazirliyinin testlənmə və qiymət Mərkəzinin direktoru Karo Nasibyan da bildirmişdi ki, 15 000 yer vakant alıb. Ötən il isə bu rəqəm 12 min idi. Əlavə edib ki, əsas səbəblərdən biri daha çox məzun buraxılış imtahanlarında aşağı və pis qiymət almasıdır. İkinci faktor da miqrasiyadır. “Son vaxtlar sərhəd açıldıqdan sonra bu tendensiya sürətlə artmağa başlayıb” deyə Mxitaryan bildirib. Onun qənaətincə, radikal tədbirlər görülməyəcəyi təqdirdə total fəlakət gözlənilə bilər. “Ermənistan faktiki olaraq bütöv bir nəsili itirmək üzrədir”, -deyə fikrini tamamlayıb. İctimairey.Az