ABŞ-ın Alyaska ştatında zəlzələ baş verib.
Bu barədə TASS ABŞ-ın Geoloji Xidmətinə istinadən məlumat yayıb.
Xidmətdən bildirilib ki, zəlzələnin maqnitudası 7,3 bal olub. ABŞ-ın Xəbərdarlıq Mərkəzi isə zəlzələnin 8,2 bal gücündə olduğunu qeyd edib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Zəlzələdən bir qədər sonra isə 6,2 bal gücündə afterşok qeydə alınıb. İctimairey.Az