ABŞ bir həftə ərzində Peşmərgəyə hərbi yardım edib

0

İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya, bir həftə ərzində ikinci dəfə İraq Kürd Regional Hökumətinin (KRG) Peşmərgə qüvvələrinə hərbi maşın yardımı edib.

İctimairey.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Koalisiya qüvvələri, Ərbildə keçirilən təhvil mərasimində Hummer tipli zirehli maşınlar və təcili yardım maşınları da daxil olmaqla 59 hərbi maşını Peşmərgə Nazirliyinə təslim edilib.

Koalisiya qüvvələri 26 İyulda Peşmərgə Nazirliyinə 70 -ə yaxın yeni maşın verib. Mərasimdə nümayiş olunan avtomobillər arasında Humvee tipli zirehli maşınlar, tankerlər və hərbi yük maşınları da var.

Sözügedən yardımın İraq Baş naziri Mustafa əl-Kazemi “DAESH terror təşkilatı ilə mübarizə üçün artıq ABŞ əsgərlərinin İraqda olması lazım deyil” deməsindən sonra gəlməsi diqqət çəkib.

Əkbər Nəcəfov

İctimairey.Az 

 

 28 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »