Kremldən Baydenin Putinlə problemləri haqqında söylədiklərinə cavab gəldi

0

 “Amerika lideri Joo Baydenin Rusiya iqtisadiyyatının yalnız nüvə silahları və neft ehtiyatlarına güvənməsi sözləri, aparatının müasir Rusiya ilə bağlı səhv fikirlərindən irəli gəlir”. Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

İctimairey.Az RIA Novostiyə istinadən xəbər verir ki, Kreml sözçüsü Peskov: “Baydenin sözləri ən azından mahiyyətcə səhvdir. ABŞ prezidentinin öz aparatı tərəfindən hazırlanan mesajları səsləndirdiyi açıq – aşkar görünür”. – deyə bildirib. Peskov, – Rusiya həqiqətən də güclü nüvə dövlətidir və iqtisadiyyatının əhəmiyyətli bir hissəsini neft sektorudur. Ancaq, bundan başqa heç bir şeyə sahib olmadığı iddiası isə, səhvdir.- deyə vurğulayıb. Xatırladaq ki, bundan əvvəl Bayden Putinin onu daha təhlükəli edən problemlərinin olduğunu söyləmişdi. Xüsusilə də, Amerika lideri Rusiya prezidentinin sərəncamında yalnız nüvə silahı və neft olduğunu qeyd etmişdi.

Esmira ŞÜKÜROVA

İctimairey.Az

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »