“Bu ilin altı ayında Azərbaycana gələn əcnəbilərin sayında 2,7 dəfə azalma var”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin altı ayının yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkədə 127 min əcnəbi vətəndaş var:
“Gələnlər əsasən Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan və Gürcüstandandır”.
O qeyd edib ki, hazırda ölkəyə 131 min nəfər əcnəbi giriş edib
İctimairey.Az