Araik Arutyunyan ABŞ səfirinə Kəlbəcərlə sərhəddəki vəziyyət haqda məlumat verdi…

0

İyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalını əhatə edən tarixi Azərbaycan ərazisi – S.L.) səfər edib. 

İctimai Rəy  xəbər verir ki, bu barədə NEWS.am-a Ermənistan Müdafiə Nazirliyindən məlumat çatdırılıb.

Kəlbəcərlə sərhəddəki “hərbi hissənin komandiri general-mayor Araik Arutyunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.

Səfir Treysi  ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqini rədd etdiyini vurğulayıb.

Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi  şəkildə sadiq qaldığını bildirib.

Eyni zamanda, Linn Treysinin sözlərinə görə, ABŞ tərəfləri ən qısa zamanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırır” –Ermənistan MN-in yaydığı məlumatda belə deyilir. //moderator//

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »