Əsirlərin geri qaytarılması ilə məşğul olmuruq. – Ermənistanın Müdafiə nazirinin cavabı

0

Millət vəkili Vardan Atanesyan Ermənistan Müdafiə Nazirliyinə əsirlərin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyinin bir nümayəndəsi ilə görüşməsi üçün müraciət göndərib.

İctimairey.az Hraparak.am-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi əsirlərin geri qaytarılması məsələsi ilə məşğul olmadığını və bu səbəbdən görüşü yersiz hesab etdiyini cavablandıraraq, Millət vəkilinin sorğusunu rədd edib. Qeyd olunduğu kimi, 9 noyabrdakı açıqlamasından sonra, erməni əsirlərin geri qaytarılması məsələsi siyasi gündəmdə ən yüksək prioritetə çevrilib və hakimiyyətdəkilər bütün vasitələrlə əsirlərin yalnız onların sayəsində Ermənistana qayıtdıqlarını bəyan etməyə çalışırlar.

Lakin, son aylarda baş verən hadisələr sübut edib ki, əsirlərin vətənlərinə qaytarılması üçün danışıqlar aparan tək şəxs Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovdur. Erməni tərəfinin heç bir rəsmi şəxsi bu məsələylə məşğul olmur. Muradova yaxın olan yeganə şəxs Artsax Dövlət Fövqaladə Xidmətinin keçmiş sədr müavini Boris Avaqyandır.

Esmira Şükürova.

İctimairey.az

 29 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »