Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının yeni parlamentə seçilmiş üzvləri ilə görüşüb.
İctimairəy.az Modern.az-a istinadən xəbər verir ki, vitse-spiker Alen Simonyan 44 günlük müharibədə alınan məğlubiyyətin səbəblərini analiz edəcək komissiya yaradılacağını bildirib.
Komissiyaya təkcə deputatlar deyil, ictimaiyyət nümayəndələri və parlamentdə daxil olmayan siyasi qüvvələrin üzvləri də daxil olacaq.
İctimairəy.az