“Türkiyə ilə Azərbaycan arasında ortaq hərbi təlimlər və əməkdaşlıq intensiv xarakter alıb”.
İctimairəy.az xəbər verir ki, bu barədə “armediantoday” portalının dərc etdiyi analitik materialdı vurğulanır.
Məqalədə qeyd edilir ki, yalnız iyun ayında Azərbaycan və Türkiyə arasında təxminən yeddi belə proqram həyata keçirilib ki, bunların da əksəriyyəti hərbi təlimlər xarakteri daşıyırdı.
Şərhdə daha sonra yazılır: ”Nə üçün iki ölkə dünya dövlətlərinin bölgədəki davamlı sülh çağırışları fonunda fəaliyyətlərini artırıb?
Bölgədə yeni bir hərbi-siyasi vəziyyət yaranıb. Türkiyənin isə Azərbaycana təsiri əhəmiyyətli dərəcədə artıb. Demək olar ki, hazırki situasiyada Azərbaycan və Türkiyə Ordusunun birləşməsindən danışmaq olar.
Türkiyə və Azərbaycan gələcəkdə ortaq hərəkətlərə, görünür, yeni bir müharibəyə hazırlaşır. Bu, hərbi-texniki itkilərin əvəzini çıxarmaq və eyni zamanda hərbi büdcələrini 44 günlük müharibədən əvvəlki illərdə olduğu kimi sürətlə artırmaq istəyində özünü göstərir.
Bölgədə Ermənistanın ən zəif həlqə ola biləcəyi yeni bir münasibətlər modeli qurma ehtimalı var. Söhbət fürsətlərin azalmasından, Gürcüstan modelinin kəmiyyət tərkibinin dəyişməsindən gedir. Hazırda Gürcüstanın təhlükəsizliyi Qərb tərəfindən təmin edilir. Baxmayaraq ki, bu ölkənin yerli problemləri həll edən kiçik bir ordusu var.
Ermənistan tərəfinin cavabı mövcud vəziyyətə adekvat deyil. Üstəlik, müharibədən 9 ay sonra ölkəmizdə sərhədlərin təşkili məsələsi hələ də minimum səviyyədə həll olunmur.
Silahlı Qüvvələrin daha da inkişafı siyasi, hərbi-siyasi və geosiyasi vəziyyətdən çox asılıdır”.
İctimairey.az