Rusiya yeni beşinci nəsil qırıcı təyyarəsini təqdim etdi: Checkmate

0

 Rusiyanın dövlət müdafiə şirkəti Rostec, ölkənin yeni beşinci nəsil qırıcı təyyarəsini təqdim edib.

İctimairey.Az xarici mediayaya istinadən xəbər verir ki, təqdimatı Rusiya lideri Putinin qarşısında edilən təyyarəyə Checkmate (şah mat) adı verildiyi ifadə edilib.  Ancaq bu adın qırıcı təyyarənin son adı olmaya biləcəyi bildirilir. Edilən təqdimata görə, yeni nəsil qırıcı təyyarənin əsas xüsusiyyətlərindən biri də özünü gizlətmə qabiliyyətidir. Qırıcı təyyarənin radarlar tərəfindən aşkarlanmasının demək olar ki, mümkün olmadığı qeyd edilib.

Yeni nəsil qırıcı təyyarənin ölçüsü Su-57 təyyarəsindən kiçikdir və yalnız bir mühərrikə malikdir. Təyyarənin səs sürətinin 1,8 ilə 2 qatına çatdığı və uçuş məsafəsinin 3000 km olduğu bildirilir. Qırıcı təyyarənin 7.400 kq sursat daşıya biləcəyi də təqdimatda verilən məlumatlar arasındadır. Bundan əlavə, Rostec rəsmiləri, yeni təyyarənin pilota kömək edəcək süni zəka xüsusiyyətlərini özündə birləşdirdiyini bildirib. Yeni reaktiv təyyarə istehsalçısı Sukhoi tərəfindən LTS adlı bir proqram çərçivəsində hazırlanmışdır. LTS ‘yüngül taktiki təyyarə’ deməkdir.

İbrahim Nəcəfov

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »