Neft Delta variantı xofu ilə ucuzlaşır

0

Neft qiymətləri yeni növ koronavirusun delta variantına dair narahatlıqlar ilə düşür.

İctimairey.Az Marja-a istinadən xəbər verir ki, peyvəndləmə neft tələbini artırsa da sürətlə yayılan delta variantı qısamüddətli risk yaradır. Yeni variant ilə əlaqədar olaraq bəzi bölgələrdə yenidən karantin rejimləri tətbiq olunur. Analitiklər delta ştammının tələb üzərində təzyiq yaratdığını edərək, “neft “öküzlərinin” yenidən güvən qazanması zaman ala bilər” şərhini edirlər. Bakı vaxtı ilə saat 10:49-da Brent nefti 1,1% ucuzlaşma ilə 73,27 dollardan ticarət olunub. Ötən həftə ərzində (19-23 iyul) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 71,54 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,21 dollar və ya 5,6% azdır. Həftə ərzində ən yüksək göstərici (II gün) – 69,32 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 73,95 dollar səviyyəsində olub.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »